Manaf Ağayevin yeni titulu

manaf-agayevin-yeni-titulu
Oxunma sayı: 710

“Qafqazinfo”nun məlumatına görə, sözləri Ağaqulu müəllimə, musiqisi Musa Musayevə məxsus olan “Vətən oğlu” adlı mahnını rejissor Nail Naiboğlu ekranlaşdırıb. Klip Azərbaycanın vətənpərvər oğullarına, torpaqlarımızın müstəqilliyi uğrunda canlarından keçən Mübariz İbrahimov, Fərid Əhmədov, həbsxana həyatı sürən Ramil Səfərovun timsalında bütün Azərbaycan igidlərinə həsr olunub. Klipdə onların həyatından bəzi məqamlar yer alıb.

Qeyd edək ki, gördüyü işinə görə qələm əhlindən xeyir-dua alan Manafa jurnalist dostlarından biri də sürpriz edib. Təqdimat mərasimində dadılan tortun üstündə qırmızı rəngdə "İstəkli Vətən oğlu Manaf Ağayev - təbriklər!” sözləri yazılıb. Sənətçi yeni “istəkli Vətən oğlu” titulunu ona yaraşdıran dostunun bu jestindən xəbərsiz olduğu üçün xoş sürprizi sevinclə qarşılayıb.

Nigar