“Mançester Yunayted” 5 yaşlı uşaqla müqavilə bağladı

mancester-yunayted-5-yasli-usaqla-muqavile-bagladi
Oxunma sayı: 670

“Qafqazinfo”nun məlumatına görə, artıq Çarli Cekson klubda ilk məşqlərinə başlayıb. Çarli ilə hansı şərtlərlə və hansı müddətə müqavilənin bağlandığı isə məlum deyil. Balaca futbolçunun klubdakı məşqlərindən əlavə “Footytotz” futbol məktəbinə də getdiyi deyilir. Məktəbə yazılmağında isə uşağın evdə daim topla qaçdığını görən anasının rolu olub. Klubun Ceksona hələ 3 yaşında diqqət yetirdiyi deyilir.

Ceksonun valideynləri “Mançester Siti” fanatlarıdır. Atasının sözlərinə görə, oğlunun ən çox sevdiyi oyunçular qapıçı Co Xart və hücumçu Mario Balotellidir.

Səidə