Maradona Qəzzafinin ölümündən kədərlənib

maradona-qezzafinin-olumunden-kederlenib
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, bu xəbəri yayan al-mashhad.com saytı qeyd edir ki, Maradona öz peşəkar fəaliyyətininə görə bütün dünyada, həmçinin müsəlman ölkələrində yaxşı əlaqələrə malikdir.
“Mənim müxtəlif ölkələrin siyasətçiləriylə çox yaxşı münasibətlərim var və onlarla əlaqəni daim dəstəkləyirəm. Bu siyasətçilər Fidel Kastro, Boliviya prezidenti Evo Morales, Venesuela prezidenti Uqo Çaves və başqalarıdır. Qəzzaafinin ölümündən sonra bu adamlarla əlaqə saxladım və bildim ki, hamısı baş verən hadisədən kədərləniblər. Onların sözlərində, danışıqlarının tonunda qəmginlik sezilirdi. Deyirdilər ki, Qəzzafi onlar üçün dəyərli idi”, – deyə Maradona bildirib.