Mariya Stadnik gümüş qazandı- Yenilənib

mariya-stadnik-gumus-qazandi-yenilenib
Oxunma sayı: 649

“Qafqazinfo”nun verdiyi məlumata görə, Pekin Olimpiadasının bürünc mükafatçısı 1/8 finalda ABŞ təmsilçisi Lonq Çunla qarşılaşıb.

İdmançımız 5:0 hesablı ümumi qələbə qazanaraq 1/4 finala yüksəlib.

***
Mariya Stadnik 1/4 finalda polşalı İvona Matkovska ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.
Güləşçimizin yarımfinalda rəqibi ukraynalı İrina Merlini olacaq. Görüş Bakı vaxtı ilə saat 19:16-da başlayacaq.

***
Güləşçimiz ukraynalı rəqibini ikinci hissədə 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Onun olimpiya qızılı uğrunda mübarizədə rəqibi yaponiyalı idmançı Hitomi Obara olacaq. Döyüş saat 23:03-də başlayacaq.

***
Finalda idmançımız yaponiyalı idmançı Hitomi Obaranı birinci hissədə 4:0 hesabıyla məğlub etsə də, ikinci hissə də açıq-aydın yorğun olduğu hiss olunurdu və 1:0 hesabı ilə məğlub oldu. Həlledici hissədə isə Mariya rəqibinə 2:0 hesabı ilə uduzub.

Beləliklə, Pekin Olimpiadasından sonra Mariya Azərbaycana gümüş medal qazandırdı.

Ceyhun Əhmədov