Masallıda diskoteka qalmaqalı yaradanların evindən qumbara çıxdı

masallida-diskoteka-qalmaqali-yaradanlarin-evinden-qumbara-cixdi
Oxunma sayı: 653

Trend-in cümə günü DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Masallı RPŞ və rayon prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 8-də Masallı şəhərindəki Gənclər Mərkəzində keçirilən "Masallı Folklor-2012 Beynəlxalq Festivalı" zamanı tədbiri pozduqlarına və polis əməkdaşına xəsarət yetirdiyinə görə saxlanılmış Araz Quliyevin, Xalid Kazımovun və Rza Ağalının evlərinə baxış zamanı 2 ədəd qumbara, 1 kiloqram 975 qram tiryək və qanunla qadağan olunmuş dini kitablar və broşuralar aşkar edilərək götürülüb.

Qeyd edək ki, sentyabrın 8-i axşam radələrində Araz Quliyev və Rza Ağalı Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstəriblər. Nəticədə rayonun iki sakini və polis əməkdaşı xəsarət alıb, bir xidməti avtomobilin şüşələri sındırılıb.

Tutulan şəxlərin vəkilləri isə məhkəmə çıxışında bildirib ki, festivala aid tədbirdə diskotekanın, yarıçılpaq rəqqasələrin yığışdırılmasını tələb edib, milli adət-ənənələrə, milli mentalitetə hörmət etməyə çağırıb.