Masallıdan olan 3 dindarın həbs müddəti uzadılıb

masallidan-olan-3-dindarin-hebs-muddeti-uzadilib-
Oxunma sayı: 680

Məlumatı “Media forum” saytına Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib.

Dindarlar sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkdə, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirməkdə günahlandırılır. Rəsmi məlumata görə, dindarların işini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə aparır.

Həbs olunanlar bunlardır: Araz Quliyev, Ziya Tahirov, Rza Ağalı, Xalid Kazımov, Surac Ağayev, Vüsal Quliyev, Nicat Əliyev, Namiq Kişiyev. Eldar Sultanov “Media forum” saytına bildirib ki, qeyd edilən cinayət işi üzrə istintaq davam etdirilir: “İş üzrə çoxsaylı ekspertizalar, o cümlədən məhkəmə-tibbi, ballistik, fiziki-kimyəvi, əmtəəşünaslıq ekspertizaları təyin edilib, müvafiq rəylər alınıb, hadisənin şahidləri və zərər çəkmiş şəxslər dindirilib, üzləşdirmələr keçirilib və digər zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilıb. Cinayət işinin mürəkkəbliyi nəzərə alınaraq istintaq müddəti və təqsirləndirilən şəxslər - Araz Quliyev, Ziya Tahirov, Rza Ağalının həbsdə saxlanılma müddəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmənin qərarları ilə uzadılıb”.