Masazır gölünə təyyarə düşdü - Yenilənir

masazir-golune-teyyare-dusdu-yenilenir-
Oxunma sayı: 676

Məlumata görə, gölə düşən təyyarənin AN tipli “Kukuruznik” təyyarəsi olduğu bildirilir. Hadisə yerinə FHN əməkdaşları gəlib, xilasetmə işləri aparılır.

Hadisənin başvermə səbəbləri və digər məlumatları oxuculara çatdıracağıq.

11: 24

Gölə düşən təyyarədə iki nəfər olub. Onların sağ və ya ölü olması haqqında hələlik məlumat yoxdur. Məlumata görə, gölə düşən kiçik ölçülü olub.

12:22

Milli.Az xəbər portalının məlumatına görə, qəzaya uğrayan təyyarə ABŞ istehsalı olan CESSNA-172 markalı təlim təyyarəsidir. Təyyarədə təlimçi Tahir Ağaquliyev Aviasiya Akademiyasının 2 tələbəsinə təlim keçirmiş.

Təyyarədə olanların yaralandığı və hospitala yerləşdirildikləri bildirilir.