Maşın dayanacağa girdi - Xəsarət alanlar var

masin-dayanacaga-girdi-xesaret-alanlar-var
Oxunma sayı: 665

Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən Sabunçu dairəsi yaxınlığında maşın avtobus dayanacağına girib. Dayanacaqda olan 5 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı 3 saylı klinik xəstəxanaya çatdırılıblar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.