Maşının mübarək olsun, veteran! - Fotolar

masinin-mubarek-olsun-veteran-fotolar
Oxunma sayı: 1862

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, nazir Fizuli Ələkbərov bu tədbirin Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində keçirildiyiniqeyd edərək bildirib ki, ölkəmizdə müharibə veteranlarına diqqət və qayğının əsası hələ ötən əsrin 70-ci illərində H. Əliyev tərəfindən qoyulub. Müstəqilliyimizin ilk illərində isə müharibə veteranları diqqətdən kənarda qalıb, hətta 9 May - Qələbə gününün qeyd olunması unudulub. H. Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən rəhbərliyə qayıdışından sonra 9 May - Qələbə günü dövlət bayramları sırasına daxil edili, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi işlərinə başlanılıb.

Nazir bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 aprel 2012-ci il tarixədək695 nəfər Böyük Vətən müharibəsi əlili və iştirakçısı minik avtomobili, 45 nəfər isə mənzillə təmin edilib. Bununla yanaşı, Böyük Vətən müharibəsi əlilləri Azərbaycan Respublikası Prezidentinin təqaüdü, dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort putyovkaları ilə təmin edilirlər.

Tədbirdə qeyd olunub ki, Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq nümunələri göstərib, az bir müddət ərzində respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. Azərbaycanın 700 minə yaxın igid oğlu və qızı cəbhəyə yollanıb və Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçiblər. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsinə, 170 min nəfəri SSRİ-nin müxtəlif orden və medallarına layiq görülmüşdür. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. O zaman bütün sovet neftinin 75 faizi Azərbaycanda istehsal olunmub. Bu, tarixi bir həqiqətdir ki, Bakı nefti alman faşizmi üzərində qələbənin əsas amillərindən biri olub.

Görüşün sonunda Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına 20 ədəd “Liffan” markalı minik avtomobilinin açar və sənədləri təqdim olunub.