Maştağada iki nəfər bıçaqlandı

mastagada-iki-nefer-bicaqlandi
Oxunma sayı: 716

Qəsəbənin Şəfayi küçəsində yerləşən parkın qarşısında 1995-ci il təvəllüdlü Səfərov Səfər Nazim oğlu və 21 yaşlı Ömərov Sahib Ağəmi oğlu naməlum şəraitdə bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan şəxslər ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Cərrahi müdaxilədən sonra hər iki şəxsin həyatını xilas etmək mümkün olub. Buna baxmayaraq həkimlər xüsusən 16 yaşlı Səfər Səfərovun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Hadisənin baş vermə səbəbləri isə Sabunçu rayon polis idarəsi və 14-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır. Bölmədən verilən məlumata görə faktla bağlı hələlik şübhəli şəxs qismində saxlanılan yoxdur. Hadisənin baş vermə səbəbləri və iki nəfəri bıçaqlayanın kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

ANS PRESS