Maykl Ceksonun ölüm şəkilləri ortaya çıxdı

maykl-ceksonun-olum-sekilleri-ortaya-cixdi
Oxunma sayı: 2102

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənninin şəxsi həkimi Konrad Murrayın qəsdən adam öldürmək ittihamı ilə dünən başlayan mühakiməsində, prokuror ölümündən dərhal sonra xərəkdə yatan Ceksona aid olduğu iddia edilən fotoşəkilləri məhkəməyə göstərib.
İlk dəfə ortaya çıxan şəkillərdə müğənnin bir dəri, bir sümük qaldığı diqqət çəkib. Prokuror Konrad Murrayın səhv müalicə etməklə yanaşı, 911-ə gec zəng vurmaqda da mühakimə olunmasını tələb edib.
Məhkəmə salonunda tez-tez ağlayan Murray, Maykl Ceksonu öldürmədiyini deyərək, onu dinləməyən müğənninin içdiyi dərmanların ölümünə səbəb olduğunu söyləyib.