Məcburi köçkünlər işıqsız qaldı

mecburi-kockunler-isiqsiz-qaldi
Oxunma sayı: 647

Bu barədə məlumatı “Qafqazinfo”ya vağzalda məskunlaşan məcburi köçkünlər özləri veriblər.

Qeyd edək ki, vağzalda məskunlaşan məcburi köçkünlərin sığınacaq tapdığı binada qaz xətti olmadığı üçün burda elektrik enerjisi həm də qızdırıcı kimi də istifadə olunur. Elektrik enerjisinin kəsilməsi məcburi köçkünləri həddən artıq çətin vəziyyətə salıb.

Bizə verilən məlumata görə, xəstə və körpə köçkünlər elektrik enerjisi olmadığı üçün yaxın qohumlarının evlərinə sığınıblar.

Sumqayıtın dəmiryol vağzalında məskunlaşan məcburi köçkünlər Qaçqın və Məcbiri Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən və şəhərin müvafiq orqanlarından yaranmış problemin həllini xahiş edirlər.

Qeyd edək ki, Sumqayıtın dəmiryol vağzalında Qubadlı rayonundan olan məcburi köçkünlər məskunlaşıblar.