Məcburi köçkünlərin “yardım pulu” artırıldı

mecburi-kockunlerin-yardim-pulu-artirildi
Oxunma sayı: 781

Prezident İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, sərəncama görə “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2010-su il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 9, maddə 790) 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılır.