Mədət Quliyev daha iki türmə rəisini vəzifəsindən azad etdi

<b>Mədət Quliyev daha iki türmə rəisini vəzifəsindən azad etdi </b>
Oxunma sayı: 963

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Elman Əlişirov və 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Nahid Xəlilov ədliyyə orqanlarında qulluqkeçmə yaş həddinə çatmaları ilə əlaqədar təqaüdə göndəriliblər.

Həmin müəssisələrdə rəisin səlahiyyətlərini müvəqqəti olaraq müavinləri həyata keçirir.

Ədliyyə orqanlarında qulluqkeçmənin son yaş həddi 55 yaşdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi