Medianın unudulanları

medianin-unudulanlari
Oxunma sayı: 772

"Medianın kapitanları" deyimi aparıcı mətbu orqanlarının baş redaktorlarına aid olunduğunu bilirik. Bəs "unudulanlar" kateqoriyasına kimi aid edək. Sizi bilmirəm, mən bu deyimi cəbhə bölgəsində çalışan həmkarlarıma aid edirəm. 22 iyul - Milli Mətbuat Günümüz (allah Həsən bəy Zərdabiyə rəhmət eləsin) KİV əməkdaşlarının bəlkədə ən çox birləşdiyi günlərdən biridir. Bir qayda olaraq, bu tarixdə jurnalistlərə mükafatlar, hədiyyələr , diplomlar, fəxri fərmanlar verilir. Heç olmasa yaxınları təbrik edir onları. İçərisində müxtəlif dərəcəli mükafatlar adlar alanların hamısını sidq-ürəkdən təbrik edirəm və qələmlərinin iti olmasını arzulayıram.

Keçək mətləbə. Bu gün təbi ki, özünü Azərbaycanlı sayan və 1 nömrəli problemimiz olan Qarabağ məsələsini mətbuatın gündəmində saxlayan daha dəqiq desək müxtəlif mətbuat orqanlarının Qarabağ bürosunun əməkdaşlarının da bayramıdır. Amma hərbçilər kimi onlar da bu bayramı rahat keçirmirlər. Cəbhə xəttində hər an dəyişə biləcək vəziyyətə hazır olmaq üçün. Təəssüf onların bu diqqətini özü, diqqətdən kənarda qalır çox vaxt.

O jurnalistlər ki , iş saatı məlum deyil - gündüzdə, gecədə hər şeyi göz önünə alıb "səngərdən evlərə" bir başa xəbər verirlər. Hər zaman düşmən hədəfində olan bu jurnalistlər cəbhə xəttində baş verən ən son hadisələri xalqa çatdırmaq üçün əlin gələni edir. Bu bizim borcumuzdur, deyərək.

Bu gün bir necə mükafata layiq görülmüş jurnalistlərin bir çoxlarına cəbhə bölgəsində işləmək təklifi gəlsə verəcəkləri cavabları eşitmək maraqlı olardı. Ən azından mən bu sualı bir neçə nəfərə vermişəm. Cavablar elə siz düşündüyünüz kimi olub. Mən bu sözü boş yerə demədim. Dəfələrlə bir çox təşkilat və qurumlar tərəfindən paytaxt Bakıdan bir sıra jurnalistlər cəbhə bölgəsinə səfər edir. Bir necə saatlıq cəbhədə olan jurnalistlər tezliklə burdan qayıdacağı anı gözləyir. Ön xətdən hələ bir düşmən postunu görəndə başını itirir gizlənə biləcəyi yer axtarır. Düz eləyirlər bəlkə də.

Amma bu bölgədə çalışan jurnalistlər düşmənin tez-tez atəş acdığı güllələri və ya onun ağır nəticələrini kameranın və ya diktofonun yaddaşına almaq üçün əlindən gələni edir. 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsində olduğu kimi. Düşünmürlər ki, növbəti hədəf özləri ola bilər. Demək olar ki, bütün əməkdaşlar cəbhə reportaj hazırlayarkən, güllə yağışını hiss ediblər. O güllələr ki, hansısa bir onun həyatına nöqtə qoya bilər. Belə atəş səsləri bu jurnalistlər üçün adi olub. O nə güllədən nədə düşməndən qorxur. Peşəsini sevir işin öhdəsindən layiqincə gəlir. Bir sözlə Azərbaycan tamaşaçısını doğru dürüst və dolğun informasiya ilə təmin edir. Məqsədim cəbhə bölgəsində olan jurnalistlər üçün təbrik davası eləmək deyil.

Onsuzda, bölgədə çalışan jurnalistlərin ən böyük arzusu və alacağı ən böyük mükafat var. İşğal altında olan torpaqlarımın azad edilmə xəbərini xalqımıza çatdırmaq və Şuşadan, Xankəndidən reportaj hazırlamaqdır.

Son olaraq bu gün mənimlə çiyin-çiyinə cəbhədə çalışan həmkarlarımı heç olmasa özüm təbrik edirəm. Ön xətdə işini sevə-sevə görən bu insanların Azərbaycan mətbuatında və mediasında əvəzedilməz xidmətləri var. ANS-dən Şahin Rzayev, Zaur Naibov , Lider” TV-nin əməkdaşları Habil Aslanoğlu, İlqar Fərmanlı , ATV-dən Hafiz Hüseynoğlu, Eldəniz Vəliyev, İTV-dən Şöhrət Eyvazov, Vüsal Quluyev , ELTV-dən Daşqın Abdullayev , APA-dan Teymur Zahid oğlu , Xəzər TV-nin operatoru Vicay Vəliyev o cümlədən AZƏRTAC-dan Tahir Ağaməmmədov BAYRAMINIZ MÜBARƏK unudulmuş həmkarlarım.