Medvedev İlham Əliyevlə açıq danışmaq istədiyini dedi

<b>Medvedev İlham Əliyevlə açıq danışmaq istədiyini dedi </b>
Oxunma sayı: 208

Medvedev Dağlıq Qarabağ probleminin nizama salınmasının əsas müzakirə mövzusu olduğunu diqqətə çatdırıb: “Mən növbəti mərhələdə nə etmək lazım olduğu barədə, Kazanda üçtərəfli görüşdən və gələcək görüşlərdən sonra hadisələrin necə inkişaf edəcəyi ilə bağlı açıq danışıqlar aparmaq istəyirəm”.

Rusiya prezidenti son vaxtlar ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirib. Onu da əlavə edib ki, münasibətlərin müsbət inkişafına sübut iki ölkə arasında ticarət dövriyyəsinin artmasıdır.

Öz növbəsində Azərbaycan Prezidenti rusiyalı həmkarına onu səfərə dəvət etdiyinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, ikitərəfli əməkdaşlığın bütün istiqamətləri, o cümlədən iqtisadi və humanitar fəaliyyət, enerji təhlükəsizliyi sahəsində müsbət dinamika müşahidə edilir. Əliyev Rusiya liderinə RF-nin Dağlıq Qarabağ nizamlaması üzrə göstərdiyi səylərə görə də təşəkkür edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi