Medvedev qanun pozuntusunda ittiham olundu

medvedev-qanun-pozuntusunda-ittiham-olundu
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, Medvedevin bu yaxınlarda Çxinvaliyə etdiyi səfərin qanunlara zidd olduğu bildirilib: “Rusiya baş naziri avqustun 8-də müstəqil Gürcüstandövlətinin ərazisinə qanunsuz daxil oldu və işğal olunmuş Çxinvali regionuna səfər etdi. Söhbət Gürcüstanın “işğal olunmuş ərazilərlə” bağlı qanununun pozulmasından gedir”.

Qeyd edək ki, “işğal olunmuş ərazilərlə” bağlı qanun 2008-ci ildə avqust müharibəsindən dərhal sonra qəbul olunub.
Qanuna əsasən, Abxaziya və Cənubi Osetiyaya səfər qadağandır. Qanunu pozanları isə cərimə və ya azadlıqdan məhrumetmə cəzaları gözləyir.