Medvedevin hədələri Bakını ayıltmalıdır

<b>Medvedevin hədələri Bakını ayıltmalıdır</b>
Oxunma sayı: 135

Azərbaycan torpaqlarının işğal altında olması faktına rəğmən hansısa əbədi danışıqların Rusiya üçün məqbulluğunu bildirən Medvedevin ifadələri status quo’nun məqbul olmaması haqda onun prezident Obama və prezident Sarkozy ilə cari ilin iyun ayında verdiyi birgə bəyanata kökündən ziddir;

Ötən il, Obama, Sarkozy və Medvedevin Kanadanın Muskoka şəhərində verdiyi digər birgə bəyanatın rus mətni Kremlin rəsmi portalında dərc ediləndən sonra da, orada ingilis orijinalından üç prinsipial fərqin olması faktı üzə çıxmışdı. Fərqlərin üçü də, Ermənistanın xeyrinə idi. Beləliklə, Rusiya tərəfinin danışıqlarda prezident səviyyəsində qeyri-səmimiliyi artıq davamlı səciyyə alır;

Medvedevin Azərbaycana ünvanladığı açıq-aydın hərbi hədələr, heç bir sivil çərçivəyə sığmır və REAL hərərkatı tərəfindən qətiyyətlə pislənilir. Azərbaycanda bu hədələr mövzusunda iqtidarın, siyasi qurumların rəsmi səviyyələrdə susqunluğu qınağa layiqdir.

Moskvanın qərəzli mövqeyi 1987-ci ildə Qarabağ münaqişəsi başlandığı andan məlum olduğu halda, 2003-cü ildən rəsmi Bakının Moskva ilə dil tapmağa yönəlik siyasəti yuxarıda göstərilən və digər geniş məlum faktlar güzgüsündə tam iflasını yaşayır.

Rusiyanın Güney Qafqazda militarist tərzdə mövcudluğundan Azərbaycan Xarici İşlər Nazirliyinin iyul ayında ifadə olunan rahatsızlığını REAL hərəkatı da bölüşür. Azərbaycan rəhbərliyinin bu gecikmiş etirafı sadəcə sözdə qalmamalı, Bakının Rusiyaya yönəlik bundan sonrakı siyasətini tənzimləməlidir;

Bu baxımdan, REAL hərəkatı özünün 2011-ci il may təşəbbüsünü bir daha xatırladır: 2012-ci ildə icarə müddəti bitən Qəbələ RLS yalnız Azərbaycanın İranla sərhəd rayonlarının tezliklə işğaldan azad olunması şərti əsasında işini sonrakı illərdə davam etdirə bilər. Bu şərt, Ermənistanın KTMT çərçivəsindəki hərbi müttəfiqi və siyasi-iqtisadi himayədarı tərəfindən yerinə yetirilməyəcəksə, RLS qapadılmalı və yeni icarə müqaviləsi imzalanmamalıdır.

Şərtin yerinə yetirilmədiyi təqdirdə, Rusiya Minsk qrupunun həmsədrliyindən tezliklə kənarlaşdırılmalıdır, çünki Rusiyanın tərəfsizliyinə və məhsuldar dialoqa sadiqliyinə işarə edən heç bir ciddi amil qalmayacaqdır.

8. REAL hərəkatı Güney Qafqazda Türkiyənin rolunun artırılması istiqamətində bütün, o cümlədən NATO-nun təşəbbüslərini bundan sonra da fəal dəstəkləyəcək. Azərbaycanın gələcəyi Türkiyə və avro-atlantik məkanla sıx inteqrasiyadadır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi