Medvedyevlə şəkil çəkdirən ermənini hədələdilər

medvedyevle-sekil-cekdiren-ermenini-hedelediler
Oxunma sayı: 643

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, “Vahid Rusiya” partiyasının qurultayında “Novaya qazeta”nın müxbiri Diana Xaçatryan baş nazirdən qeyri-formal müsahibə alıb və reqlamentə uyğun olmayan şəkil çəkdirib.

Diana Xaçatryan mayın 26-da təşkil olunan qurultayda könüllü olaraq iştirak edib. Mayın 28-də isə öz təəssüratlarını mətbuatda bölüşüb. Bundan sonra isə jurnalistə təhdid xarakterli telefon zəngləri alıb. Özünü “Gənc Qvardiya”nın rayon bölməsinin rəhbəri kimi təqdim edən bir qadın deyib ki, Diana “siçan kimi” hərəkət edib və yazını yığışdırmağı əmr edib. Bundan başqa, Diananın adının bütün qara siyahılarda olduğunu bildirib.