Məhkəmə Əvəz Zeynallı barədə 3 aylıq həbs qərarı verdi

mehkeme-evez-zeynalli-barede-3-ayliq-hebs-qerari-verdi-
Oxunma sayı: 726

Onun sözlərinə görə, Əvəz Zeynallı veriliş aparıcısı olduğu “Kanal13” internet televiziyasının efirində qonaq olmalı imiş, lakin baş redaktor redaksiyaya yaxınlaşan zaman iki nəfər naməlum şəxs tərəfindən maşına otuzdurularaq aparılıb. Ona zəng etsələr də telefonu əlindən alınaraq bağlanılıb.

Qeyd edək ki, Ə. Zeynallının baş redaktoru olduğu “Xural” qəzeti sentyabrın 20-dən həftəlik nəşrdən gündəliyə keçib. Qəzet yalnız bir ay gündəlik yayımda fəaliyyət göstərə bilib. Oktyabrın 20-də qəzetə qarşı məhkəmə cərimələri əsas gətirilərək “Xural”ın əmlakı müsadirə olunub. Bundan sonra qəzeti nəşriyyatlar çep etməkdən imtina edib. Bundan əvvəl isə “Xural” qəzeti Mətbuat Şurasının qara siyahısına daxil edilib. Bütün bunlara baxmayaraq Ə. Zeynallı “Xural”ı nəşr etdirməkdə iddialı idi. Hətta onun barəsində bir neçə gündür təfərrüatları bəlli olmayan məsələ ilə bağlı cinayət işinin açıldığı da vurğulanırdı.

Təxminən yarım saat əvvəl isə baş redaktor iki nəfər tərəfindən naməlum istiqamətdə aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında deyib ki, Ə. Zeynallının həbsi ilə bağlı nazirlikdə hər hans bir məlumat yoxdur.

“Xural”ın redaktoru Anar Niftəliyev isə bildirib ki, artıq həbslə bağlı nazirliyin 102 xidmətinə və digər qurumlara, qəzet redaksiyalarına da məlumat verilib.

***

Əvəz Zeynallının Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparıldığı bildirilir. Hazırda jurnalistlər həmin idarənin binası qarşısına toplaşmağa qərar veriblər.

***

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Qafqazinfo”ya bildirib ki, onda olan məlumatlara görə Ə. Zeynallı millət vəkili Gülər Əhmədovunun şikayəti əsasında saxlanılıb. Belə ki, millət vəkili baş redaktor haqda korrupsiya ilə bağlı şikayət edib.

***

“Xural”ın əməkdaşı Anar Mahmudoğlu “Qafqazinfo”ya bildirib ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsində binanın qarşısına toplaşmış jurnalistlərə deyiblər ki, Ə. Zeynallı idarəyə gətirilərkən iş gününün sonu olub. Buna görə də idarədə müstəntiqlərdən heç Kim olmayıb və istintaq hərəkəti aparılmayıb. Ə. Zeynallı Nərimanov rayon polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb. Jurnalistlər hazırda Nərimanov rayon Polis İdarəsinə gedirlər.

***

Hazırda Nəsimi rayon Məhkəməsində Əvəz Zeynallının məhkəməsi başlayıb. Qəzetin əməkdaşlarının “Qafqazinfo”ya verdiyi məlumata görə, baş redaktor haqqında 2 aylın həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Qəzetin əməkdaşları onu da bildiriblər ki, hazırda Korrupsiyaya Qarşı mübarizə idarəsinin əməkdaşları Xuralın redaksiyasında axtarış aparırlar.

***
Əvəz Zeynallı ilə bağlı keçirilən məhkəmə iclası saat 22:20 radələrində başa çatıb. Vəkil Elçin Sadıqov jurnalistlərə açıqlama verərək bildirib ki, məhkəmə Ə. Zeylnallı barədə 3 aylıq həbs qətimkan tədbiri seçildi. Baş redaktor Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4 (Rüşvət tələb etmə) maddələri ilə ittiham olunur. Baş redaktor millət vəkili Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.