Məhkəmə icraçıları “Xural”ın əmlakına baxış keçirdilər

mehkeme-icracilari-xuralin-emlakina-baxis-kecirdiler
Oxunma sayı: 690

“Qafqazinfo”nun məlumatına görə, qəzetin baş redaktoru çıxarılan məhkəmə qərarının Ramiz Mehdiyev və Vüqar Səfərliyə qarşı tutduğu mövqe ilə əlaqələndirsə də icra şöbəsinin əməkdaşları məhkəmə qərarının icrası ilə bağlı burada olduqlarını və buna hər hansı bir siyasi məna verilməsinin əleyhinə olduqlarını qeyd ediblər.
Qeyd edək ki, 10.000 manat cərimələnən “Xural” qəzetindən alınacaq pullar “Ümid” uşaq evinə veriləcək. Əvəz Zeynallı məhkəmə prosesinin davam etdiyi üçün məbləği birbaşa ödəmə imkanına malik olmadığını deyib: “Xural”ın əlavə gəlir mənbəyi yoxdur ki, R.Mehdiyevə, V,Səfərliyə yaxud “Ümid” uşaq evinə ödəyək. Təkzib məsələsinə gəlincə isə mən V.Səfərliyə “mətbu qəssab” demişəm bunu necə təkzib etmək olar?”
Bununla yanaşı, baş redaktor təkzib məsələsinə maddi məsələlərin həllindən sonra baxacaqlarını bildirib.
Bu gün saat 14:00-da “Xural”ın redaksiyasında bu məsələ ilə bağlı mətbuat konfransı keçiriləcək.


Səidə