Məhkəmə və şortik

mehkeme-ve-sortik
Oxunma sayı: 684

Universitet rəhbərliyi də gətirdiyi məhkəmə qərarına məhəl qoymayıb, bu da bloqqer, tələbənin universiteti məhkəməyə verməsi ilə nəticələnib. Ancaq məhkəməyə gələn zaman onu geyiminə görə içəri buraxmayıblar:

“1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iyunun 5-i saat 11:30-da məhkəmə təyin etdi. saat 11:30-da getdim katibliyə, hakim Sevinc Abdiyevanın köməkçisi məni şortikdə görüb dedi ki, «belə məhkəməyə girmək olmaz. şortikinizi dəyişib, şalvar geyinib gəlin, hakimə hörmətsizlikdir bu. Qadınlar var, qızlar var.

Bizim məhkəmələrin hansı vəziyyət olduğunu hamımız bilirik. Məhkəmə işçisi demir şortik geyinmək MƏHKƏMƏYƏ hörmətsizlikdir, deyir bu qadın HAKİMƏ hörmətsizlikdir. Görmüşük ki, məhkəmələr ancaq qanunlara istinad edər, onları əsas götürər. Bizim məhkəmələr də mentalitetlə işləyir, qanunlarla yox, qeyri-müəyyən «maddələri» olan mentalitet mücəssəməsini əsas götürür. Şortikə görə məhkəməni saat 2-yə təxirə saldılar. Heç bir qayda-qanunsuz».

Azadlıq Radiosu