Mehriban Əliyeva Ayaz Mütəllibovun vəfat edən oğlunu müalicə elətdirib

mehriban-eliyeva-ayaz-mutellibovun-vefat-eden-oglunu-mualice-eletdirib
Oxunma sayı: 771




Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevə sabiq prezident Ayaz Mütəllibovun dünən dünyasını dəyişən oğlunun xəstə olan vaxtı müalicəsi üçün vəsait ayırıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə ASDP həmsədri Araz Əlizadə vida mərasimi keçirilən yerdə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərin görə, M. Əliyeva mərhumun müalicəsinə yardım edib: “Bu addımına görə Azərbaycanın birinci xanımına təşəkkür edirik”.

A. Əlizadə həmçinin vurğulayıb ki, A. Mütəllibovun mühafizəsi dövlət tərəfindən təşkil edilib, onun üçün xüsusi mühafizəçi ayrılıb.