Məhv olan uşaqlıq - Siyasət üçün

mehv-olan-usaqliq-siyaset-ucun
Oxunma sayı: 646

“New York Times” qəzetinin jurnalistləri Əfqanıstanda öldürülmüş uşaqlar haqda yazır. Məqaləni ixtisarlar təqdim edirik:

Bu günlərdə Kabil sakini Abdul Farhad yatanda işığını söndürmür. Özü də gözləri açıq yatmağa çalışır. Çünki gözünü yumsa, sentyabrın 8-də, saat 11.30-da Kabilin mərkəzində yerləşən dükanının qarşısını görür.

Farhad deyir ki, həmin gün işdə kiçik otağının iri pəncərəsindən gördüyü mənzərəni heç vaxt unutmayacaq.

Onun iş yeri Kabilin mərkəzində yerləşir. Farhad avtomobil kirayəsi işi ilə məşğuldur. İş yerinin qarşısında adətən çoxlu küçə uşaqları olur.

ÇÖRƏK PULU QAZANAN UŞAQLAR...

Onlardan biri, 15 yaşındakı Hurshud gələcəkdə məşhur idmançı olmaq istəyirdi. Onun bacısı Pərvanənin arzuları isə daha böyük idi, o həkim olmaq istəyirdi. Bu irigözlü qızın 7 yaşı vardı. Yoldan keçən hərbçilərdən həlim səslə ingiliscə 1 dollar istəyirdi. Onların yanında olan 17 yaşındakı Nevab, 16 yaşındakı Muhammed İsa, 15 yaşlı İlyas və 17 yaşlı Neval ilə xırda küçə ticarəti ilə məşğul olurdular. Uşaqlar yaylıq, saqqız satırdılar. Ancaq daha çox dilənirlər. Bura onların ərazisi idi. Məktəbdən sonra hər gün bura gəlirdilər.

Sentyabrın 8-i istirahət günü idi. Uşaqlar həmin gün də bura yığışmışdılar. Onlar üçün istirahət günü yoxdur. Həmin gün sui-qəsddə öldürülmüş, özü də Taliban tərəfdarı olan bir nəfər yad olunurdu. Farhad içəridən uşaqlara baxırdı. Həmin vaxt 15-16 yaşlı, kürəyinə çanta taxmış bir nəfər gəldi. Uşaqlar fikirləşdilər ki, deyəsən onların yeni rəqibi gəlib. Onun başına yığışdılar. Birdən böyük bir partlayış oldu.

Həmin vaxt Farhad özünü stolun arxasında, yerdə görür. Bədəninin bəzi yerləri qanasa da ciddi bir yarası olmur.

Yaralı olan İlyas sürünüb ərazidən uzaqlaşsa da küçədə uzanılı qalmışdı. Ətrafına baxıb qan və cəsədləri görəndə hər şey ona məlum oldu. Həmin hadisədən sonra İlyas deyir ki, “indi dostlarımdan heç biri yaşamır. Tək başına qalmışam”.

Məsum uşaqlar bu dəfə də partlayışın qurbanı olmuşdular. 2006-cı ildən artan partlayışlardan bu yana polis və ordunu mühafizəsi gücləndirilib. Ancaq olan təsadüfən hadisə yerindəki dinc adamlara olur. Hər dəfə ölən adamların arasında uşaqlar da olur.

ÜMİDSİZ VALİDEYNLƏR

Əfqanıstan dünyanın əhalisi sürətlə artan ölkələrindən biridir. Küçələrdə mütləq uşaqlar oynayır. Hüquq müdafiəçilərinin məlumatına görə, bu ilin ilk 8 ayında törədilən partlayışlarda ölən və yaralanan 865 dinc sakindən 38-i uşaqdır.

24 yaşlı Farhad həmin günü xatırlasa da partlayışın vaxtını xatırlamır. Hadisədən bir neçə gün sonra deyir ki, “əllər, ayaqlar və başqa bədən parçaları ətrafa səpələnmişdi”. Bayıra çıxanda kimin kim olduğunu ayırd etmək olmurmuş. Polis hadisə yerini təmizləyəndən sonra cəsəd parçalarını iki xəstəxanaya göndərib.

Talibansa hədəfinin təhlükəsizlik qüvvələri olduğunu, intiharçının da azyaşlı olmadığını bildirib.

Farhad kimin ölüb, kimin qaldığını bir neçə gündən sonra öyrənib. Sonda məlum olub ki, 7 nəfər ölüb, dörd nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır olub. Partlayışda yaralanmayan Mürsəl isə hadisə yerinin yaxınlığında ağlayırmış. O bacıları Hurshudla Pərvanəni axtarmaq istəyirdi. Ancaq polis onu əraziyə buraxmırmış. Hurshudun cəsədini sonradan dostlarından biri morqda tapdı. Anası Bibi Həvvaya xəbər verdilər. Həvva elə bilirdi ki, Pərvanə qorxub bir yerdə gizlənib. Ancaq gecə zəng edib onun cəsədinin başqa bir morqda olduğunu dedilər.

Muhammed İsayla Nevab da ölmüşdü. Ata Muhammed Zaman deyir ki, qızlarım idmanla məşğul idi, özləri də yaxşı oxuyurdular. Arvadıma demişəm ki, “qızlarımın qəbri üstündə çadır quracağam, bundan sonra orada yaşayacağam”./AzadliqRadiosu/