Məkkədə Kəbəyə getmək üçün kanat çəkiləcək

mekkede-kebeye-getmek-ucun-kanat-cekilecek
Oxunma sayı: 692

Məkkə şəhərinin 6 fərqli yerindən Kəbəyə getmək üçün kanat sistemi qurulması üçün layihə hazırlanır. “Cihan” agentliyinin məlumatına görə, bu barədə məlumatı “Ümmül Qurra” universiteti Həcc və Ümrə araşdırmaları mərkəzinin rəhbəri Adnan Qutub verib.

Bu məqsədlə təklif hazırladıqlarını deyən Qutub dünya təcrübəsindən istifadə etdiklərini bildirib. “Xüsusilə Həc mövsümündə Məkkə şəhərindəki Kəbəyə cedən yollarda böyük tıxaclar yaranır. Bunun qarşısını almaq üçün dünya təcrübəsini diqqətə alaraq belə bir təklif hazırladıq”.

Bundan başqa Adnan Qutub kanat sisteminin Səvr və Hira mağaralarına getmək üçün də nəzərdə tutulduğunu, bu sistemin 2 ilə qədər fəaliyytə başlayacağını qeyd edib.

anspress