Məktəb müsəlmanlara təzminat ödəyəcək

mekteb-muselmanlara-tezminat-odeyecek
Oxunma sayı: 660

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Danimarka BMK 2010-cu ildə müsəlman şagirdləri donuz əti yeməkdən imtina etdiklərinə görə, təhsil ocağından ixrac edən peşə məktəbinin 12 min ABŞ dolları məbləğində təzminat ödəməsinə qərar verib.

Müsəlman şagirdlərin donuz əti yeməyə məcbur edilməsi ayrı-seçkilik kimi dəyərləndirən komitənin Baş katibi Erlinq Brandstrap bundan sonra baş verən bənzər hallarda oxşar qərarların qəbul ediləcəyini ifadə edib. Komitənin qərarının Danimarkadakı müsəlmanlar arasında sevinclə qarşılandığı xəbər verilir.

Məktəbin müdiri Svend Orqaard insanların inanclarına ehtiramla yanaşdıqlarını, ancaq donuz ətinin dadına baxmayan bir nəfərin aşpaz yaxud aşpaz köməkçisi olmasının çətin olacağını deyib. BMK-nin qərarını dəstəkləyən iqtidardakı Sosial Demokrat Partiyasının inteqrasiya məsələlərindən məsul nümayəndəsi Trin Bramsen məktəbin lazımi tədbirləri alması gərəkdiyini ifadə edib.