Məktəb şagirdləri məcburi tətilə göndərldi

mekteb-sagirdleri-mecburi-tetile-gonderldi
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, bu barədə informasiyanı “Lada” xəbər agentliyi yayıb.

Qərarı Qazaxıstanın Təhsil Nazirliyi şəhərdə elan olunmuş fövqəladə vəziyyətlə bağlı qəbul edib. Məktəblərdə dərslər 19 dekabrdan dayandırılıb. Qış tətili qrafikə uyğun olaraq, dekabrn 29-da başlamalı idi.


“Kazakhstan Today” qəzeti xəbər verir ki, dekabrın 19-da Qazaxıstan baş prokurluğu Janaozendə vəziyyətin sabitləşməsi barədə məlumat yayıb. Yayılan məlumata görə, ötən gecə şəhərdə heç bir qanun pozuntusu və sabitliyin pozulması halı müşahidə olunmayıb.

Ötən gün Aktau vilayət mərkəzində gərginlik davam edib. Yerli əhali Janaozendə başlayan aksiyalarla bağlı həmrəylik mitinqi keçirib. Aksya insdentsiz başa çatıb. “Novosti-Kazaxstan” xəbər verib ki, axşamüstü mitinq iştirakçıları dağılışıblar.