Məktəbdə namaz qadağan olundu

mektebde-namaz-qadagan-olundu
Oxunma sayı: 674

“Qafqazinfo”nun ANSPRESS-ə istinadən verdiyi mlumata görə, Deutsche Welle yazır ki, bununla bağlı uzun müddət davam edən məhkəmə prosesindən sonra Leypsiqdəki federal inzibati məhkəmə 18 yaşlı müsəlman şagirdin gimnaziya ərazisində açıq şəkildə ibadət etməsini yasaqlayıb.

Məhkəmə qərarını əsaslandırarkən bildirib ki, gimnaziyada dünyanın 5 dinin tərəfdarları da təhsil alır və buna görə də təhsil müəssisəsi ərazisində açıq şəkildə ibadət etmək burada sabitliyin pozulmasına səbəb ola bilər. Məhkəmə qeyd edib ki, keçmişdə artıq bu məsələ ilə bağlı problem yaşanıb.

Ümumilikdə isə qətnaməyə uyğun olaraq, məktəblər tələbələrə dini ayinləri icra etməyi qadağan edə bilməz. Qadağa ancaq məktəb ərazisində ciddi təhlükə yarandığı təqdirdə tətbiq oluna bilər.