Məktəbdə qız üstündə qan töküldü

mektebde-qiz-ustunde-qan-tokuldu
Oxunma sayı: 666

Bakı şəhər 3 saylı xəstəxanasından Lent.az-a verilən məlumata görə, Əmircan qəsəbəsi ərazisində yerləşən 87 saylı orta məktəbdən 1997-ci il təvəllüdlü Bəndəliyev Asəf Azər oğlu ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə ilə bağlı polisə məlumat verilib. Araşdırmalar nəticəsində məlum olub ki, 10-cu sinif şagirdi olan A.Bəndəliyevi həmin məktəbin 8-ci sinfində oxuyan 1998-ci il təvəllüdlü Babayev Əsəd Azər oğlu bıçaqlayıb.

Məlum olub ki, həmin gün məktəbin ayaqyolunda məktəblilər dalaşıblar. Bu zaman 14 yaşlı Ə.Babayev üzərində gəzdirdiyi bıçaqla Asəfi vurub. Şagirdlərin bildirdiyinə görə, onlar qız üstündə dalaşıblar.

Fakt üzrə araşdırmalar davam etdirilir.