Məktəbdə süddən kütləvi zəhərlənmə oldu

mektebde-sudden-kutlevi-zeherlenme-oldu
Oxunma sayı: 2027

“Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən xəbərinə görə, məktəbə onlarla təcili yardım maşını gəlib.

Zəhərlənən şagirdlərdən 28 nəfəri xəstəxanaya yerləşdirilib. Məktəbin baxçasında ilkin tibbi yardım mərkəzi qurulub.

Ərzaq, Əkinçilik və Heyvandarlıq, Təhsil və Səhiyyə nazirliklərinin birgə həyata keçirdiyi “Məktəb südü, ağıl küpü” layihəsi çərçivəsində məktəblilərə süd paylamaq bu gün başlayıb.

Diyarbəkirdə bəzi məktəblərdə şagirdlər südü içdikdən bir qədər sonra qarın ağrısı və qusma şikayətləriylə xəstəxanaya qaldırılıblar. Bəzi şagirdlərə məktəbdə ilkin tibbi yardım edilərək evə buraxılıb.