Məktəbə aparan təhlükəli körpü - Fotolar

mektebe-aparan-tehlukeli-korpu-fotolar
Oxunma sayı: 629

İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Indiana Jones” filmini xatırladan səhnələrdə bəziləri hətta beş yaşında olan şagirdlər məktəbə gedə bilmək üçün “Ciberangbü” çayının üzərində böyük təhlükələri gözə alır.

Çay üzərində olan körpünü saxlayan sütunlardan birinin sel suları altında qalaraq uçmasıyla körpü daha da təhlükəli olub. Körpünün bir tərəfi qopduğuna görə şagirdlər ancaq körpünün digər tərəfindən yapışaraq qarşı tərəfə keçir.

Şagirdlərin ən kiçik səhvlərində ya da süni taxta parçalarından birinin qopması zamanı çaya düşərək boğulmalarının qaçılmaz olduğu hadisə, görənləri dəhşətə gətirir. Ən yaxın körpü bir saatlıq məsafədə olduğu üçün insanlar təhlükələri gözə alaraq bu sınıq körpünü istifadə etməyə davam edir.