Məktəblərdə hicab qadağası bitdi

mekteblerde-hicab-qadagasi-bitdi
Oxunma sayı: 647

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyədə orta təhsil müddətinin 12 ilədək artırılması planlaşdırılır. Ölkədə təhsil ilə bağlı hazırlanan yeni qanun layihəsinə görə, IV sinfi bitirən şagirdlər rəsmi təhsil almağa məcbur edilməyəcək.

Hər biri 4 il olmaqla üçmərhələli yeni orta təhsil sistemində təhsil IV sinifdən sonra “açıq təhsil” formatında davam etdiriləcək ki, bununla da şagirdlər orta məktəblə yanaşı, Quran kurslarına getməyə imkan əldə edəcəklər.

Mövzu ilə bağlı xəbərlərdə təhsil sistemində aparılan dəyişikliklərlə bağlı məlumatı ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın verdiyi bildirilib. Belə ki, Ərdoğanın Türkiyənin “ÖNDER” ictimai birliyinin rəhbərliyi ilə keçirdiyi görüşdə təhsil sahəsində yaradılacaq asanlıq barədə ilk məlumatları bildirdiyi qeyd edilib.

Habelə, xəbərlərdə yeni sistemin qüvvəyə minməsi ilə başörtüyü geyinmək istəyən şagirdlərin IV sinifdən sonra “açıq təhsil” formatı ilə təhsillərini istədikləri kimi davam etdirə biləcəkləri öz əksini tapıb.