Məktəbli forması üstə dava düşüb

mektebli-formasi-uste-dava-dusub
Oxunma sayı: 667

Bu barədə “Bakı Tikiş Evi”nin satış şöbəsinin rəisi Etibar Əzimov ANS PRESS-ə bildirib. Onun sözlərinə görə, ötən gün ASC-nin Bakıxanov qəsəbəsi M.Fətəliyev küçəsi 17-də yerləşən dükanında valideynlərlə satıcılar arasında insident yaşanıb. Satıcılarla valideynlər arasında mübahisə sonda dava ilə nəticələnib.

“Dərslərin başlanmasına 10 gün qalmış hamı forma almaq üçün gəldiyindən dükanlarımızın qarşısında alıcı sıxlığı yaşanır. Bakıxanov qəsəbəsindəki dükanımızda da neçə gün idi ki, böyük növbə var. Dünən isə daha böyük növbə olub. Valideynlərin əsəbləri gərilmişdi. Elə satıcılar da gərgin idilər”, - deyə Etibar Əzimov qeyd edib.

Dükanın qarşısında dava-dalaş düşdüyündən hadisəyə polislər müdaxilə etməli olub. Hadisə şahidlərinin sözlərinə görə,insidentin baş verməsinə səbəb dükanda işləyən satıcıların valideynlərlə qeyri-etik davranması olub. Hadisə nəticəsində dükanın şüşələri qırılıb. Hadisə nəticəsində xəsarət alanlar da olub.