Məktəbliyə 6 bıçaq zərbəsi vuruldu

mektebliye-6-bicaq-zerbesi-vuruldu
Oxunma sayı: 669

Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, qanlı hadisə 7-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, Evtikmə kombinatının həyətində baş verib.

Şəhərcikdə məskunlaşan orta məktəbin 9-cu sinif şagirdi, 14 yaşlı Qurbani Quliyev yaşadığı evin yaxınlığında qonşusu, 15 yaşlı Ərşad Mirzəyevi bıçaqlayıb. O, 10-cu sinif şagirdinə döş qəfəsindən 3, bud nahiyəsindən 3 olmaqla 6 yerdən bıçaq xəsarəti yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onu dindirmək mümkün olmayıb. Q.Quliyev tutularaq dindirilib. O, hadisəni sözləri çəp gəldiyinə görə törətdiyini deyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Onu da əlavə edək ki, hər iki şəxs Zəngilan rayonundan məcburi köçkündür.