Məleykə Abbaszadə Misir Mərdanova “yox” dedi

meleyke-abbaszade-misir-merdanova-yox-dedi
Oxunma sayı: 649

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, nazirlik tərəfindən məktəb direktorlarına medala namizəd məzunlara hələlik attestatların yazılmaması barədə məktub göndərilib.

Nazir deyib ki, respublika üzrə qızıl medala namizəd məzunların ümumi sayı bəlli olduqdan sonra səmərəli qərar qəbul ediləcək.
Mərdanov məzunlara attestatların verilməsində süni problemlərin yaradılmadığını da bildirib.

O, TQDK sədri Məleykə Abbaszadənin söylədiyinin əksinə olaraq, Təhsil Nazirliyinin məzunlarla bağlı məlumat bazasında problemin olmadığını qeyd edib.