Məmməd Əmin Rəsulzadənin əlyazmaları rus dilində – Fotolar

memmed-emin-resulzadenin-elyazmalari-rus-dilinde-fotolar
Oxunma sayı: 926

“Qafqazinfo”nun məlumatına görə, tədbirin birinci hissəsinsdə MDH-nin dəstəyi ilə çap olunmuş “Из истории Азербайджанской емиграции» kitabının təqdimatı oldu. Kitabda Rusiya arxivlərində olan və indiyə kimi ictimaiyyətə məlum olmayan, Azərbaycan Xalq Cumhuriyyətinə aid materiallar və Məhəmməd Əmin Rəsulzadənin əlyazmaları əksini tapıb. Tədbiri giriş sözü və təbriklə MDH sədri, Millət Vəkili Fərəc Quliyev açdı. Kitabın müəllifləri professor Ramiz Abutalıbov və Rusiyalı tədqiqatçı alim Salavat İsxakov kitab haqda məlumat verdilər.

Tədbirdə arxiv idarələrinin rəhbərləri, tədqiqatçı alimlər, qəzet redaktorları, Millət Vəkilləri, Gənclər Təşkilatları iştirak edirdilər.

Professor Şirməmməd Hüseynov, professor Cəmil Həsənli, Millət Vəkilləri - Gülər Əhmədova, Əli Məsimli, professor Solmaz Tohidi və başqa alimlər əsərin əhəmiyyətindən danışdılar.

Tədbirin ikinci hissəsi 28 May – Respublika gününə həsr olunmuş “SAVALAN” qurupunun iştirakı ilə kofe-breeklə davam etdirildi.