Məmmədyarov açıqlama verdi

memmedyarov-aciqlama-verdi-
Oxunma sayı: 705

“İyunun 11-də xarici işlər nazirlərinin görüşündə razılaşdırılmamış məsələlərə toxunulub”. “Qafqazinfo”nun məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, danışıqlarda irəliləyiş var, lakin hələ də bəzi məsələlər açıq qalıb. “Lakin bu barədə danışmaq hələ tezdir. Biz 3 saata yaxın dərin müzakirələr etdik, razılaşdırılmamış məsələlərə toxunduq. Doğurdan da irəliləyiş var. İnanıram ki, regionda sülh bərqərar olacaq” .

Müzakirə edilən məsələlərin prezidentə məruzə ediləcəyini deyən xarici işlər naziri hansı məslələrin açıq qaldığını deməyib.


Nərgiz Ehlamqızı