Məmur uşaqlarının cinayətkar qrupu həbs olundu

memur-usaqlarinin-cinayetkar-qrupu-hebs-olundu
Oxunma sayı: 689

Bu gün səhər Ermənistanda zərsizləşdirilən cinayətkar qrupun üzvlərindən birinin yüksək vəzifəli məmurun oğlu olduğu məlum olub. “Qafqazinfo”nun erməni saytına istinadən verdiyi xəbərə görə, Təşkil Olunmuş Cinayətlə Mübarizə üzrə baş idarənin əməkdaşlarının cinayətkar qrupun zərərsizləşdirilməsi üzrə həyata keçirdikləri tədbirlər zamanı Xüsusi istintaq xidmətinin müavini Marsel Matevosyanın oğlu saxlanılıb. Mənbənin verdiyi məlumatda bildirilir ki, həmin cinayətkar qrup son vaxtlar ölkədə tanınmış şəxslərin evlərinə hücum edirdilər. Qrupun adı "Yerevandorstroy" MMC-nin sədr müavini, “Linsi” fondu layihəsinin reallaşması üzrə ofisin keçmiş direktoru 55 yaşlı Eduard Bezoyan evinə edilən hücumda da hallanır. Qeyd edək ki, maskalı beş nəfər onun evinə daxil olaraq ev sakinlərini döyüb və “Nissan Patrus” avtomobili ilə birgə seyfi də ələ keçirmişdi. Analoji ssenari keçmiş deputat Napoleon Azizyanla da baş verib. Əməliyyat zamanı qrup üzvlərindən biri qaçmağa çalışsa da idarəetməni itirib və ölmüşdü. Səhər keçirilən əməliyyat zamanı qrup üzvlərinin içərisində Xüsusi istintaq xidmətinin rəis müavininin qardaşı oğlu və nazirlərdən birinin oğlu da var. Lakin hansı nazirin oğlu olması hələ ki məlum deyil.

Səidə