Məmurlar məhkəmə qarşısında

memurlar-mehkeme-qarsisinda-
Oxunma sayı: 708


Sabah - 29 iyun saat 12 00-da 1 saylı Bakı İqtisad Məhkəməsində Kür daşqınlarının təsirinə məruz qalmış bir qrup sakinin məhkəmə prosesi keçiriləcək. Kür” Vətəndaş Cəmiyyəti Qərargahından “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, r daşqınlar nəticəsində evlərinə, təsərrüfatlarına ziyan dəymiş insanlardır və bu günə qədər onların üzləşdiyi problemlər öz həllini tapmayıb. Vətəndaşlar dəyən ziyanın ödənilməsi tələbi ilə keçən ilin oktaybr ayından məhkəmələrə üz tutublar və Nazirlər Kabinetinə, Fövqaladə Hallar Nazirliyinə qarşı iddia qaldırıblar. Bu ilin may ayının 25- də Bakı İqtisad Məhkəməsində Tahirə Əsədovanın sədrliyi ilə ilkin hazırlıq iclası keçirilib.

Xatırladaq ki, zərəçəkənlərin hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur və iddiaçılara hüquqi xidmət Hüquq Maarifçiliyi Cəmiyyəti (rəhbəri İntiqam Əliyev) tərəfindən göstərilir.

İddiaçılar onlara dəyən ziyanın ödənilməsi ilə yanaşı 2010- cu ilin yazında Kür daşqınlarının baş verməsində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC- nin də cavabdeh qismində məhkəməyə dəvət olunmasını istəyirlər. Xatırladaq ki, sözü gedən qurum Kür və Araz çaylarının lildən təmizlənməsi və çayların ətrafında bəndvurma, sahil bərkitmə işlərinə görə cavabdehdir. Aparılan araşdırmalar göstərir ki, son illər bu istiqamətdə ayrılan vəsaitlər səmərli və şəffaf xərclənməyib. Digər tərəfdən Meliorasiya və Su Təsərrüfatı ASC ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı informasiya sorğusunu cavablandırmadığına görə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən məhkəməyə verilib.