“Mən qız vaxtımda...”

men-qiz-vaxtimda-
Oxunma sayı: 2708


“Bizim dövrümüzdə qadınlar kişi görəndə özlərinin yığışdırırdılar. İndi bizim şou-biznedə, elə adi həyatda da elə kişilər var ki, onlar bir məclisdə içəri girəndə adam heç hiss etmir ki, bu məclisə kişi daxil oldu. Qadın kimi görünürlər və davranırlar”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Elit Star Cəmilə deyib. Müğənni belə davam edib: “Rasim Balayev mənim üçün ən ideal kişidir. Onu görən qadın, qız istər-istəməz özlərini yığşdırırlar. Hiss olunur ki, burada kişi var. İndi baxırsan, bizim şou-biznesdə olan kişilərin çoxu qadın kimidir. Ən çoxu da estrada oxuyanlar... Hamısının xətrini çox istəyirəm. Amma bir-iki nəfər var, o birilərinin yolu ilə getməsinlər. Geyimlərinə fikir versinlər. Kişi kimi geyinsinlər”.

Cəmilə şou-biznesdə kişi kimi qadınların olduğundan da söz açıb: “Şou-biznesdə kişi kimi davranan qadınlar da var. Özlərinə fikir vermirlər. Yeyirlər, kökəlirlər. Mən qız vaxtımda da, indi də 90X60X90sm ölçüdəyəm. Çox az yeyirəm. Fiqura həmişə yerində olur, artıq çəkim heç vaxt olmayıb. Demək istəyirəm ki, elə adi həyatda olan qadınlarımız da özlərinə baxsınlar. Şalvardan az istifadə etsinlər. Qadın kimi geyinsinlər, tez-tez hündürdaban ayaqqabılardan istifadə etsinlər”.

Aynur Babayeva