“Mən utancaq insanam” - Lorin

men-utancaq-insanam-lorin
Oxunma sayı: 647

“Mən azərbaycanlıları çox sevirəm. Ağıllı, mehriban və gülərüzdürlər”.

Bunu “Eurovision-2012” mahnı müsabiqəsinin qalibi, İsveç təimsilçisi Lorin keçirdiyi mətbuat konfransında deyib. Azərbaycanın çox gözəl mətbəxi var. İnsanlar isə çox mehribandırlar", - müğənni bildirib.

Lorin bildirib ki, insanların diqqət mərkəzində olmasından o qədər razı deyil: “İnsanların diqqət yönəltməsi məni sevindirmir. Çünki utancaq insanam”.

Mətbuat konfransında Lorinin anası da iştirak edib. Ona gül dəstəsi təqdim olunub. Anası Lorini qələbə münasibətilə təbrik edib.

Eurovision Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand müsabiqənin gələn il İsveçdə keçirilməsini təsdiqləyən sənədləri Lorinə təqdim edib. “Sizi iyun ayında Cenevrəyə dəvət edirik. Orada qarşıdakı müsabiqə haqqında daha ətraflı müzakirələr olacaq”. Bunu deyən Yan Ola Sand son bir neçə ildə İsveçin böyük səylə Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi etmək uğrunda səy göstərdiyini bildirib.

anspress