“...Məni qucağında gəzdirirdi”

meni-qucaginda-gezdirirdi
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə. Ü. Qarayeva deyib ki, Tərlanla iki ay yarımdır evli olduqları müddətdə bir çox anlaşılmazlıq yaşanıb. Hər şey yolunda getməyib: “Dəliqanlıdır, özünü mənim gözümdə təmizə çıxarmaq üçün nə desən edirdi. Yaxşı şeylər də yaşadıb mənə. Narahatçılığım olan kimi, məni qucağında gəzdirirdi. Amma ayrılmaq qərarına gəlmişəm. Təbii ki, indi olmayacaq. Tərlan sağalsın bu məsəsləni sonra danışarıq”.

Ü. Qarayeva T. Dağlının bıçaqlandığı gündən bir gün əvvəl aralarında söz-söhbət yaşandığını da bildirib: “Həmin hadisədən bir gün əvvəl aramızda böyük söz-söhbət olmuşdu. Sonuncu dəfə axşam saat 8 radələrində telefon danışığımız oldu. Gece isə mənə zəng vurub dedilər ki, “Tərlan bıcaqlanıb, xəstəxanadadır”. Bunun uğursuz zarafat olduğunu düşündüm. Dedim yəqin Tərlan mənimlə münasibətini yaxşılaşdırmaq üçün belə bir zarafat etdirib. Amma ikinci zəng gəldi və ondan sonra anladım ki, məsələ ciddidir. Gecə xəstəxanaya getmədim, hirsim soyumamışdı. Dünən gecə getdim, saat 2-dək yanında oldum. Əlimi tutub, ancaq onu deyirdi ki, məndən ayrılma...”.

Nigar Məmmədli