“Mənim partiyam müxalifətə keçir”

menim-partiyam-muxalifete-kecir
Oxunma sayı: 655

APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, M. Saakaşvili bildirib ki, dövlət başçısı olaraq yeni parlamentin fəaliyyətə başlayaraq sədr seçməsini və yeni hökuməti formalaşdırmasını təmin etməyə çalışacaq: “Vahid Milli Hərəkatın lideri olaraq bəyan edirəm ki, bizim partiyamız müxalifətə keçir. Biz müxalif güc olaraq ölkənin gələcəyi haqda düşünəcəyik və son illər ölkə naminə nə yaradılıbsa, onu qorumaq üçün mübarizə aparacağıq. Bu nailiyyətlər sayəsində Gürcüstan bütün dünyada məşhurlaşıb, ölkəmizə simpatiya duyulur və həmin nailiyyətlərin yaxın aylar və illər ərzində məhvini təsəvvürə belə gətirmək imkansızdır”.

M. Saakaşvili bəyan edib ki, “Gürcü Arzusu” koalisiyasının baxışlarını qəbul etmir və aralarında dərin fərqlər var: “Biz hesab edirik ki, onların baxışları doğru deyil. Lakin qərarı gürcü xalqının əksəriyyəti qəbul edib və biz bu seçimə hörmətlə yanaşırıq. Bizim “Qızılgül inqilabı”ndan sonra əldə etdiklərimiz ölkə tarixi baxımından çox əhəmiyyətli olmaqla yanaşı, dövlətçilik tariximizin də ən maraqlı dövrlərindən biridir”.

Dövlət başçısı tərəfdarlarına təşəkkür edərək bir daha bildirib ki, Gürcüstanın mövcud inkişaf kursunun alternativi yoxdur: “Biz buna inanaraq mübarizəmizi davam etdirəcəyik - bu günün çağırışları nə olursa olsun!”