“Mənimlə evlənən bir, boşanan 12 qurban kəsir”

menimle-evlenen-bir-bosanan-12-qurban-kesir
Oxunma sayı: 653

Türkiyənin tanınmış müğənnisi Bülent Ersoy radio proqramlarından birinin qonağı olub. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, müğənni radio binasına yaxınlaşarkən alqışlarla qarşılanıb və ayaqlarının altına qırmızı güllər tökülüb. Ona göstərilən bu münasibətdən xoşbəxt olduğunu deyən Ersoy uzun zamandır radio verilişlərində çıxış etmədiyini deyib. Radio verilişində Hülya Aşvarla barışdığını deyən Ersoy özünü cəzalandırdığını bildirib: “Özümü cəzalandırdım. Hər kəsin qarşısında bu məsələdən danışdım və aramızdakı gərginliyə son verdim, amma etdiklərimə görə özümü heç vaxt bağışlamayacağam”.
Bir daha evlənməyəcəyini deyən müğənni evliliyin ona görə olmadığını bildirib: “Evliliyi bacarmıram. Əkizlər bürcüyəm və hər cür manyak xüsusiyyətləri daşıyıram. Mənə gələnlər 1 qurban kəsir, gedənlər 12 qurban. “Aman, xilas olduq bu manyakdan deyirlər”. Bülent Ersoy çox çətin insandır. Yəni mən olsaydım mənim kimi biri ilə birlikdə olmazdım”.
Səidə