Mənsimovlar Mirça Redniki qovdular

mensimovlar-mirca-redniki-qovdular
Oxunma sayı: 650



Avropa Liqasında mübarizəni dayandıran “Xəzər Lənkəran”da vəziyyyət böhran həddinə çatıb. Məlumatlı mənbənin verdiyi xəbərə görə, baş məşqçi Mirça Rednik istefa verib. O, buna səbəb kimi Avroliqadakı uğursuzluqla yanaşı, rəhbərliyin işinə müdaxiləsini göstərib.

Belə ki, klub rəhbərliyi oyundan sonra heyətdə islahatlar aparmağı, yerli oyunçulara üstünlük verməyi tələb edib. Lakin Rednik bununla razılaşmayaraq, bazanı tərk edib.

Rednikin ardınca futbolçular da bazanı tərk etməyə başlayıb. Baş məşqçinin köməkçiləri və əcnəbi futbolçular komandadan ayrılıb. Düşərgədə yalnız yerli oyunçular qalıb. Bəzi mənbələrin təsdiqlənməmiş məlumatına görə isə yerli futbolçular Rednikə qarşı qiyam hazırlayıb.