Mərdəkan şossesində “Range Rover”lə KamAZ toqquşdu, ölənlər var

merdekan-sossesinde-range-roverle-kamaz-toqqusdu-olenler-var
Oxunma sayı: 667

Qəza zamanı iki nəfər dünyasını dəyişib. Hadisə Mərdəkan şossesində baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan “Range Rover” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Xaçmaz rayon sakini, 1953-cü il təvəllüdlü Teyfur Səfərəliyevin idarə etdiyi KamAZ markalı yük avtomobilinə çırpılıb.

Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Neyman Şirinovun sözlərinə görə, hadisəyə səbəb olan “Range Rover” markalı maşının yüksək sürətlə idarə edilməsi olub. Qəza zamanı dünyasını dəyişən hər iki şəxs “Range Rover”dəki sürücü Gündüz Musayev və Rozaliya Timirbulatova olub.

Qeyd edək ki, hər iki şəxs aldıqları ağır zərbədən elə hadisə yerində keçinib. Hətta zərbənin təsirindən qadının bədəni bir neçə hissəyə bölünüb. Artıq faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü, yəni ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb.