Merkel seçkilərdə ən ağır məğlubuyyətə uğradı

merkel-seckilerde-en-agir-meglubuyyete-ugradi-
Oxunma sayı: 667

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, “mini seçkilər” Merkelin Avro zona planı üçün bir refendum olaraq tanınırdı.

İl yarımdan sonra keçiriləcək seçkilərdə üçüncü dəfə kansler olmaq üçün yarışmağı düşünən Mekelin əyalət məğlubiyyətinə biri də dünən əlavə olunub. İqtisadi gücü Türkiyə iqtisadiyyatına bərabər olan 18 milyon əhali yaşayan Şimali Ren Vestfalyadakı seçkilərdə Merkelin Xrisian Demokratlar partiyası ən pis nəticə göstərib.

İlkin nəticələrə görə, səslərini 4.5 % artıran Sosial Demokrat Partiyası 39% səslə birinci olub. Xristian Demokrat Partiyası səslərini 8% itirərək, 26%-ə düşürüb. Yaşıllar partiyası 11.5%, Azad Demokrat Partiyası 8.4% səs qazanıb.

Beynəlxalq müşahidəçilər Merkelin partiyasının son 50 ildə ən aşağı səs aldığını bildiriblər.