Merkelin coğrafi savadsızlığı

merkelin-cografi-savadsizligi
Oxunma sayı: 673

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Berlin məktəblərinin birinə açıq dərsə dəvət edilən Merkel coğrafi biliklərinin zəif olmasını nümayiş etdirib. Belə ki, Almaniya kansleri öz doğulduğu şəhəri xəritədə göstərə bilməyib. Bir müddət çaşqınlıq yaşayan Merkel Hamburq şəhərinin əvəzinə Rusiyada yerləşən bir nöqtəni göstərib.

Qeyd edək ki, Merkel coğrafi səhvə yol verən yeganə siyasətçi deyil. Belə ki, ötən il ABŞ-ın eks-prezidenti Bill Klinton səfər etdiyi Çernoqoriyanı Makedoniya ilə səhv salmışdı.