Mərkəzi Bankın binası atəşə tutuldu

merkezi-bankin-binasi-atese-tutuldu
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, “Reuters” xəbər verir ki, hadisədə xəsarət alan olmayıb. Suriya dövlət televiziyasının yaydığı xəbərdə binanın zədələndiyi bildirilir.

Bu gecə Dəməşqdə naməlum şəxslər polis patruluna da hücum ediblər. Nəticədə 4 nəfər polis əməkdaşı yaralanıb. Suriya hakimiyyəti məsuliyyəti “terror qrupları”nın üzərinə qoyub.

Suriya televiziyası xəbər verib ki, təhlükəsizlik orqanları artıq polis patruluna hücum edənlərin izinə düşüb. Xəbər verilir ki, aprelin 30-da gecə Dəməşqdə bir neçə partlayış hadisəsi müşahidə olunub.