Mərkəzi Seçki Komissiyası DSK üzvlərini saxta yolla təsdiqləyir?

merkezi-secki-komissiyasi-dsk-uzvlerini-saxta-yolla-tesdiqleyir-
Oxunma sayı: 1196




Bu gün saat 16:00-da Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. “Qafqazinfo”nun məlumatına görə, iclasda dairə seçki komissiyalarının tərkibinin təsdiqlənməsi ilə bağlı məsələyə baxılacaq. MSK üzlərindən biri portalımıza zəng edərək bildirib ki, qurum müdhiş saxtakarlığa hazırlaşır. Belə ki, iclasda Naxçıvan Muxtar Respublikasında yerləşən 6 Seçki Dairəsinin tərkibi ilə bağlı təsdiqlənmək üçün hazır siyahı təqdim olunacaq: “Bu dairələrə təsdiqlənəcək üzvlərin siyahısı Naxçıvandan gəlib. Əslində isə həmin şəxslərin namizədliyi MSK-nı formalaşdıran partiyalar tərəfindən irəli sürülməli və iclasda müzakirə edilərək təsdiqləməlidir. Lakin Mikayıl Rəhimov təkliflə çıxış edib ki, həmin şəxslərin öz təşəbbüsü ilə irəli sürəcək. Bu haradan çıxıb? Belə qanunsuzluqmu olar?” .

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev “Qafqazinfo”ya açıqlamasında deyib ki, bu gün bütün respublika üzrə dairə seçki komissiyaların tərkibi yenidən təsdiqlənəcək. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, hər seçki dairəsinin 9 üzvü olur: “Onlardan üçü parlamentdə çoxluq təşkil edən partiya tərəfindən təqdim olunur. Digər üç üzv, azlıqdakı partiyalar, daha üç üzv isə bitərəflər tərəfindən təqdim edilir. Bütün tərəflər öz namizədlərini təqdim edib. Və heç bir saxtakarlıqdan söhbət gedə bilməz” .